Erməni təxribatı: Qarabağı “alovlandıran” Sumqayıt hadisələrindən 32 il ötür
05:03 28.02.2020
Gündəm
582
Bu gün Sumqayıt hadisələrindən 32 il ötür. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.
Bu təxribatlar ermənilərin özlərini məzlum, yazıq, əzilən xalq obrazını yaratmaq cəhdi idi.
Sumqayıt hadisələri sonradan Ermənistanın əlində bir bəhanəyə çevrildi və Qarabağda münaqişənin daha da alovlanmasına gətirib çıxardı. Erməni millətçiləri ilə SSRİ “KQB”-nin birgə ssenarisi azərbaycanlılara qarşı “arqument” səviyyəsinə gəlib çıxdı.
Sumqayıt hadisələri “KQB” ilə erməni millətçilərinin azərbaycanlılar əleyhinə məqsədyönlü birgə aktı idi.
Sumqayıt hadisələri ilə bağlı aparılan təhqiqat zamanı isə toplanılan dəlillər və dinlənilən şahid ifadələri erməni cəlladlarının əleyhinə idi.
İstintaqla müəyyən edildi ki, Sumqayıt hadisələrinin təşkilatçısı iki dəfə məhkum edilən erməni Eduard Qriqoryandır.
Qriqoryanın Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürdüyü bəlli oldu. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaşlar zamanı 26 erməni, 6 azərbaycanlının öldüyü müəyyənləşdi.
Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu.
Təəssüflər olsun ki, ölüm hökmü azərbaycanlı Əhməd Əhmədov barəsində çıxarılmışdı. Halbuki Sumqayıt ssenarisinin təşkilatçısı Eduard Qriqoryan idi.
Bir sözlə, istintaqın məntiqi sonluğu təzadlarla dolu idi.
Öldürülən ermənilərin demək olar ki, əksəriyyəti erməni terror fondlarına pul köçürməkdən imtina edənlər idi.
Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan istintaqda bildirirdi ki, Qriqoryan onun mənzilinə daxil olub, sındırdığı stulun ayaqları ilə xəstə anasına zərbə endirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya