Ermənilərin arzusu puç oldu:“Təyyarə İrəvana boş endi”
Fidan Həmişəyeva
10:28 09.04.2021
Gündəm
671
"Dünən gecə saatlarında "Erebuni" aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb. Demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyin görən kimi tərs üzünü çevirib". "Sherg.az"xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında yazıb. O qeyd edib ki, Paşinyan - Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Putinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiq olmasını ifadə etməsi ilə hər şeyin yolunda olduğu görünür:
“Proses o qədər rahat və yolunda görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri Ermənistan Parlamentinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edir. O, bildirir ki, artıq təyyarə bir saata İrəvana enəcək.
Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin".
Ə.Əlibəyli qeyd edib ki, qeyri-rəsmi məlumata görə, ilkin razılaşmaya əsasən Azərbaycan tərəfi 15 erməni terrorçusunu qaytarmaq üçün razılığını bildirir:
"Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını tələb edir. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.
Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır.
Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni administrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır) yerinə yetirmir və ittiham tendensiyası başladır.
Güman edirəm ki, bu, təyyarənin Bakı aerportundan qalxmasına dəqiqələr qalmış yaşanır və hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturulubmuş.
Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz ki, sırf bağlı qapılar arxasında yaşanan proseslərdir.
Çünki terrorçularla bağlı proses yaşanmazdan az əvvəl Azərbaycan XİN-i İKT nazirlərinin görüşündə bildirib ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət