Ermənistan MSK elektron səsvermənin nəticələrini AÇIQLAYIB

Nəticələrə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 330 səslə böyük üstünlük əldə edib

Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkiləri üzrə elektron səsvermənin ilkin nəticələrini yayıb.

Sherg.az xəbər verir ki, məlumatı MSK sədri Vaagn Ovakimyan təqdim edib.

Elektron səsvermə hüququna malik olan 537 nəfərdən 410-u səsvermədə iştirak edib. Onlardan 22 bülleten etibarsız sayılıb.

Nəticələrə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 330 səslə böyük üstünlük əldə edib. “Güclü Ermənistan” bloku və “Birliyin Qanadları” Partiyası hərəyə 13 səs toplayıb. “Ermənistan” bloku 8, “Çiçəklənən Ermənistan”, “Meritokratik Ermənistan” və “Hamıya qarşı” partiyaları isə hər biri 5 səs qazanıb.

MSK-nın məlumatına görə, ölkə üzrə seçici fəallığı 58,97 faiz təşkil edib. Seçkilərdə 2 milyon 503 min 976 seçicidən 1 milyon 476 min 597 nəfər iştirak edib. Parlament seçkilərində 16 partiya və 2 siyasi blok mübarizə aparır.