Ermənistan MSK ilkin nəticələri açıqlayıb- Paşinyanın partiyası 56 faizlə...

 “Güclü Ermənistan” bloku 21,58 faiz, “Ermənistan” bloku isə 8,22 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” Partiyası 5,05 faiz nəticə göstərib

Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərində təxminən 20 min bülletenin emalından sonra ilk nəticələri yayıb.

Sherg.az xəbər verir ki, 20 105 səsin hesablanmasına əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 56,98 faizlə liderdir. “Güclü Ermənistan” bloku 21,58 faiz, “Ermənistan” bloku isə 8,22 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” Partiyası 5,05 faiz nəticə göstərib.

Digər siyasi qüvvələr hələlik parlamentə düşmək üçün tələb olunan 4 faizlik seçki baryerini keçə bilməyiblər.

MSK-nın məlumatına görə, seçkilərdə ümumilikdə 1 milyon 224 min 957 seçici iştirak edib. Seçkilərdə 2 blok və 16 partiya mübarizə aparıb.