Ermənistan parlamenti Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsini gündəliyinə daxil etməyib
Yusif Sultanoğlu
07:00 05.12.2023
Gündəm
276
Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib.
APA xəbər verir ki, "Vətəndaş Müqaviləsi" fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib.
Bununla bağlı Ermənistanın parlament müxalifəti hakim fraksiyanı Qarabağ məsələsi kontekstində seçki vədlərini yerinə yetirməməkdə ittiham edib.
Xüsusilə, “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan spiker Alen Simonyana müraciət edərək bəyan edib ki, hakim fraksiya nəinki əsas milli məsələ ilə bağlı seçki vədini pozub, həm də bu vədə zidd olan hər şeyi edir. O, iqtidardakı fraksiyanı öz hərəkətləri ilə parlamentar idarəçilik sistemi olan ölkədə parlamentarizmi öldürməkdə ittiham edib.
Cavabında spiker deyib ki, o, müxalifətin hakimiyyətin seçki vədləri ilə nə əlaqəsinin olduğunu başa düşmür və "müxalifət parlamentə hakim partiyadan olan deputatları öldürmək məqsədi ilə gəlib".
"İnsanlara səhnələşdirilmiş edam göstərdiniz və buna sevindiniz. Bütün mümkün epitetlərdən istifadə edərək bizi, seçicilərimizi təhqir etdiniz. Bizdən və seçicilərimizdən başqa nə istəyirsiniz? Bu insanların bəziləri bizə sadəcə olaraq sizin burda olmamağınız üçün səs veriblər”, – Simonyan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm