Ermənistanda "karusel"i görən Avropa niyə susur?

İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində kifayət qədər pozuntu qeydə alındı. Belə ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, qayda pozuntuları barədə 619 məlumat alıb və bununla əlaqədar 18 nəfər saxlanılıb.

Bu, Ermənistandakı daxili siyasi vəziyyətin açıq-aydın təzahürü idi. Bu qədər seçki pozuntuau göstərdi ki, Avropa institutları heç də özlərinin iddia etdikləri kimi demokratiyanın müdafiəçisi deyillər.

Məsələ burasındadır ki, Ermənistanda keçirilən seçkilər zamanı müşahidə edilən qanun pozuntularına Avropa təşkilatlarından hər hansı bir iradın bildirilməməsi onların ikili siyasəti ilə bağlıdır. 

Çünki uzun illərin təcrübəsindən Avropa İttifaqına üzv ölkələrin hər şeyi qurumun eynəyindən gördüyünü bildirik. Avropa öz dəyərləri və beynəlxalq hüquq kontekstindən heç vaxt obyektiv qiymətləndirmə aparmır. Ona görə də bu qədər qanun pozuntusu baş verdiyi halda Avropa İttifaqı və onun müxtəlif seqmentlər üzrə alətləri olan insan hüquqları, demokratik hüquq təşkilatlarının heç biri bu barədə bir kəlmə də olsun danışmır. Çünki Avropa hesab edir ki, hazırkı mərhələdə Ermənistanda keçirilən seçkilər elə bu cür olmalıdır və hazırkı Baş nazir Nikol Paşinyan qələbə çalmalıdır.

Azərbaycanla uzun illərdir israrla göstərdiyi mövqeyi ilə bu məsələdə haqlı çıxmış olur.

Avropa institutları nə beynəlxalq hüquq, nə ədalət, nə demokratiya, nə də demokratik dəyərlərin müdafiəçisidir. Avropa İttifaqı və onun ən müxtəlif institutları sadəcə öz maraqlarının müdafiəçisidir. Onlar öz maraqları kontekstində bütün məsələrlə bağlı yanaşma ortaya qoyur və bu gün Paşinyanın Avropanın maraqlarına daha çox xidmət etdiyini düşünürlər. Çünki Ermənistanın Avropanın forpostuna çevrilməsi üçün Paşinyan kimi siyasətçi lazımdır. Ona görə də bu siyasətçinin və onun hakimiyyətinin törətdiyi bütün hüquq pozuntlarına göz yumulur. 

Kənan Movruzov