Spiker əlavə edib ki, “Vətəndaş Müqaviləsi” seçkilərdə məğlub olacağı təqdirdə müxalifət kimi fəaliyyət göstərməyə hazırdır
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, 7 iyun seçkilərindən sonra ölkədə hər hansı post-seçki proseslərinin baş verməsi ehtimalı yoxdur.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, seçkilər normal keçirilərsə, nəticələrə etiraz və ya ciddi siyasi gərginlik yaranması mümkün deyil.
Sherg.az xəbər verir ki, Simonyan həmçinin vurğulayıb ki, parlament idarəetmə sistemində siyasi qüvvələrin bir neçə dəfə seçkilərə qatılması qanunla mümkündür və hətta uzunmüddətli siyasi fəaliyyətə şərait yaradır.
Onun sözlərinə görə, 2031-ci ildə də “Vətəndaş Müqaviləsi” partiyasının baş nazir namizədinin yenidən Nikol Paşinyan olacağına ümid edir.
O əlavə edib ki, “Vətəndaş Müqaviləsi” seçkilərdə məğlub olacağı təqdirdə müxalifət kimi fəaliyyət göstərməyə hazırdır.