
Etirazçı elektorat Pezeşkianı hakimiyyətə gətirə bilər? - AÇIQLAMA
22:06 20.06.2024
Gündəm
283
Ancaq dini lider əmindir ki, o, rejimin yetirməsidir və sistemin əleyhinə işləməyəcək
İranda iyunun 28-də keçriləcək seçkilərlə bağlı sürprizlər davam edir. Araşdırmalar göstərir ki, səsverməyə qatılanların sayı 40 faizdən az olarsa, o zaman mühafizəkar namizədin şansı daha yüksək olacaq. Lakin bu faizi keçərsə, islahatçı namizədin şansları daha da artacaq. Mərhum İbrahim Rəisinin prezident seçildiyi 2021-ci ildə cəmi 40 faizdən bir qədər çox seçici səsvermədə iştirak etmişdi. Qeyri-rəsmi rəqəmlərin daha da aşağı olduğu deyilirdi. Ekspertlər bildiriblər ki, islahatçı Məsud Pezeşkianın şans qazanması üçün ən azı 60 faiz seçici fəallığı lazımdır.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a deyib ki, Pezeşkiana səs verəcək seçicilərin ziyalılar və işgüzar dairələrdən, eləcə də iqtisadi təzyiq altında özünü əzilmiş hiss edən ailələrdən olması gözlənilir. Ekspert vurğulayıb ki, buna görə də fundamentalistlər çalışırlar ki, insanlar seçki qutusundan uzaq tutulsun:

"Bu, dini rəhbərin seçkilərdə seçici fəallığının artırılması və insanları seçkilərdə iştiraka təşviq edilməsinin vacibliyi barədə təkidlərinə, həm də rejimin beynəlxalq legitimlik qayğılarına ziddir. İlk dəfədir ki, fundamentalistlərin strategiyası seçkiləri boykot etməyə çağıran müxalifətin strategiyası ilə üst-üstə düşür. Hakimiyyətdaxili mənbə mediaya növbəti sızdırmasında bildirib ki, fundamentalist hərəkatın bəzi liderləri Xamenei ilə görüşüb və ona Pezeşkianın rejimə müxalif hesab etdikləri çıxışlarını, xüsusən də hicab aksiyaları zamanı verdiyi bəyanatları təqdim ediblər. Rəhbər cavab verib ki, bunlardan xəbərdardır və Pezeşkianın iştirakında israrlı olmasında məqsədi bu seçkilərin ölkədə müxalifətin, xüsusən də son illərdə küçələrə çıxanların gücünü ölçmək üçün bir növ referendum etməkdir. Etiraz elektoratı Pezeşkianı hakimiyyətə gətirə bilsə belə, dini lider əmindir ki, o, rejimin yetirməsidir və sistemin əleyhinə işləməyəcək. Mənbə qeyd edib ki, liderin bu mövqeyi görüş iştirakçılarının təəccübünə səbəb olsa da, Xamenei mühafizəkarların parlament seçkilərində bir-birini təhqir etməsindən narazı qaldığını onlara başa sala bilib".
Analitik hesab edir ki, parlamentin indiki spikeri, mühafizəkarların ikinci mühüm namizədi olan Məhəmməd Baqir Qalibaf əsas mühafizəkar namizəd sayılan Səid Cəililinin lehinə namizədliyini geri götürməkdən imtina edir: "Qalibaf hesab edir ki, digərləri onu dəstəkləsələr, yalnız o, Pezeşkianın qələbəsinin qarşısını ala bilər. Vəziyyətin belə davam edəcəyi halda İran seçki tarixi üçün gözlənilməz hal - hökumət başçısının (prezidentin) ikinci turla seçilməsi perspektivi görünür. Bəs, belə qəfil durum rejimin marağındadırmı? Türkiyədəki ötənilki seçkilərin taleyinin II turda həll olması beynəlxalq miqyasda demokratiyanın yüksək təzahürü kimi qarşılanmışdı. Ciddi ictimai və beynəlxalq legitimlik problemi yaşaması səbəbindən İrandakı teokratik rejim üçün bu, cəlbedici variant kimi görünə bilərdi. Hərçənd siyasi sistemlər, seçiləcək şəxslərin səlahiyyətləri olduqca fərqlidir".
Oxşar xəbərlər
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılması ilə bağlı iclas çağırılacaq
21:01 27.10.2026
Baxçalıdan Türk dünyasına mesaj: “Heç bir fikir ayrılığı qardaşlığımızı pozmamalıdır”
19:27 27.10.2026
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya