Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb

İran daxil olmaqla, Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 14-də Omanda planlaşdırılan görüşü "konsensus əldə etmək maraqları naminə" daha sonrakı tarixə keçirilib.

"Report" xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Konsensus əldə etmək maraqları naminə sabah Salalah şəhərində planlaşdırılan regional görüş təxirə salınıb. Biz regionda sabitliyə və uzunmüddətli əməkdaşlığa töhfə verən dialoqun inkişafına sadiq qalırıq", - o yazıb.