Fərdi evlər tikilib, şəraiti də var: Füzuliyə köçürüləcək 30 ailə nəzarətimizdəki ərazidə məskunlaşacaq
Fidan Həmişəyeva
14:34 29.02.2020
Gündəm
701
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkün ailələrinin doğma kəndlərinə köçürüləcəyini deyib. O bildirib ki, Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə Komitə tərəfindən tikinti işləri davam edir.
R.Rzayevin sözlərinə görə, ilin sonuna qədər tapşırıqların yerinə yetirilməsinə çalışılacaq:
“Cənab Prezident 7 000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişini verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzilləri vaxtında və keyfiyyətli tamamlayaq. Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq. Samuxda yeni qəsəbənin salınması da gözlənilir. 50 mənzildən ibarət bir binamız Ağdamda nəzərdə tutulur. 45 ailəlik bina Lənkəranda, 30 fərdi ev Füzuli rayonunda, işğaldan azad olunan zonada tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik”.
Qaçqın və məcburi köçkünlərimizlə bağlı görülən bütün işlərin “Dövlət Proqramı”nda nəzərdə tutulan istiqamətlər üzrə aparıldığını deyən millət vəkili Elman Məmmədov Sherg.az-a bildirib ki, köçkünlərimizin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün dövlət lazımi tədbirlər görür:
“Əlbəttə, arzu olunan odur ki, torpaqlarımız işğaldan azad olunsun, qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtsınlar. Onlar 30 ilə yaxındır ki, ağır və acınacaqlı bir şəraitdə yaşayırlar. Cənab Prezident 2019-cu ildə Rövşən Rzayevi qəbul edən zaman ona bir tapşırıq vermişdi. Prezident bildirmişdi ki, çalışmaq lazımdır məcburi köçkünlər mənzillə təmin olunan zaman uzun illərdir məskunlaşdıqları yerə yaxın ərazilərdə yerləşdirilsinlər. Bu, çox vacib bir məqamdır. Qaçqınlar uzun illərdir harada məskunlaşıblarsa, orada özləri üçün müəyyən şərait qurub, iş tapıblar və həmin yerə uyğunlaşıblar. Ona görə də onlar üçün evlər tikilən zaman bu məqamlar nəzərə alınır.
1994-cü ildə Azərbaycan ordusunun Füzuli hərbi əməliyyatı uğurla nəticələndi və rayonun xeyli hissəsi bizim nəzarətimizdədir. Yəqin ki, Füzuliyə köçürüləcək olan 30 ailə Azərbaycanın nəzarətindəki hissədə məskunlaşacaq. 7 mindən çox qaçqın və məcburi köçkünlərimiz mənzillə təmin ediləcək. Onların doğma yurdlarına qayıdana qədər normal şəraitdə yaşaması vacibdir. Bütün bunlar “Dövlət Proqramı”nda nəzərdə tutulub. Qaçqınlarımızla bağlı işlər sonrakı illərdə də davam etdiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya