
"Fətullah gülənlər Azərbaycanda şəbəkə yarada bilməyəcək" - Deputat
Yusif Nəzərli
14:47 22.03.2024
Gündəm
380
"Heç bir vətəndaş Azərbaycanda əsassız olaraq heç bir ittihama məruz qalmır".
Bunu "Sherg.az"a millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əgər Azərbaycanın müvafiq hüquqi qurumları Qubad İbadoğlu haqqında müəyyən istintaq hərəkatlarinə başlayıbsa, bunun mütləq əsası vardır: "Qərb ölkələri Qərb dəyərləri adlandırılan universal dəyərlərə özlərində sadiqdirlər. Amma bu dəyərlər onların hər hansı təhlükəsizliyini təhdid edərkən dərhal ona qarşı mübarizə aparırlar. Kollektiv Qərb bu dəyərləri digər milli dövlətlərə qarşı silah kimi istifadə edir, milli dövlətlərin təhlükəsizliyini təhdid edir, Azərbaycana münasibətdə də belədir.
Onlar Azərbaycan vətəndaşlarını müxtəlif vasitələrlə öz imperialist siyasətinin toruna salaraq onları Azərbaycana qarşı alətə çevirirlər. Belə olanda ideoloji təhlükəsizliyimizlə bağlı risklər yaranır və dərhal Azərbaycanın hüquq sistemi həmin şəxslərə qarşı mübarizə aparır. Bundan sonra Qərbin "ənənəvi hüquq nəğmələri" başlayır ki, insan hüquqları pozuldu, kimsə vicdan məhbusudur, digəri siyasi məhbusdur və sair. Amma kim nə deyir desin, Azərbaycan öz təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Onun istər ideoloji, istər informasiya, istərsə də fiziki təhlükəsizliyini təhdid edən hansısa risklər varsa, ona qarşı qətiyyətlə mübarizə aparacaq. Azərbaycan imkan verməyəcək ki, xalqımızın iradəsindən kənarda Fətullah Gülənlərin, digər terrorçu qrupların, Qərbin imperialist maşınına xidmət edənlərin Azərbaycanda şəbəkəsi yaradılsın.
Deputat beynəlxalq aləmdən Q.İbadoğluna gələn dəstəyi də təsadüfi saymır: “Onların sözünü Azərbaycanda deyən adamı müdafiə edirlər. Həmin dairələr ki, heç zaman Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünün təmin edilməsinə dəstək verməyiblər. Eyni zamanda, həmin mərkəzlər daim ölkəmizə qarşı qərəzli mövqe tutublar. Qubad İbadoğlu da bir qayda olaraq onların mövqeyini müdafiə edir. Onun çıxışlarında heç zaman Azərbaycanın taleyüklü məsələləri öz əksini tapmayıb.
Azərbaycanın vətənpərvər, milli maraqları üstün tutan, demokratik düşüncəli ziyalıları ilə zəngin olduğunu vurğulayan deputat deyib ki ölkəmizi də məhz onlar təmsil edirlər. Heç bir zaman xarici maraqları ölkələrinin maraqlarından üstün tutmurlar. Çox istərdim ki, Azərbaycan gəncləri ilk növbədə, ölkəmizin maraqlarını üstün tutsunlar. Kiminsə qrantları hesabına maraqlarımızı onların istəklərinə qurban verməsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya