Fuad Nəcəfli doğru yoldadır
Yusif Nəzərli
21:22 29.12.2022
Gündəm
620
Naxçıvanla bağlı xoş xəbərlərin sayı artacaq
Prezident İlham Əliyevin Naxçıvana təyin etdiyi xüsusi səlahiyyətli nümayəndə Fuad Nəcəfli vəzifəsinin icrasına başlayıb. O, sıravi naxçıvanlılarla görüşüb və onların şikayətlərini dinləyib. Həmçinin Muxtar Respublikanın məmurları ilə toplantı keçirib. Kəngərli rayonunda insanlarla görüşən Fuad Nəcəfli yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün maneələrin yaradıldığını qeyd edib. F.Nəcəfli problemlərin qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını bildirib. Fuad Nəcəfli dekabrın 28-də Əlahiddə Ümumqoşun Ordunun qərargahında olub. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Muxtar Respublikanın etibarlı müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Səlahiyyətli nümayəndə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb. Bundan sonra da Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzi ilə də tanış olan Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı barədə ətraflı məlumat verilib.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə bildirib ki, Fuad Nəcəfli çox rahatlıqla Naxçıvandakı problemin həlli istiqamətində addımlar ata bilər. Ekspert vurğulayıb ki, əsas odur ki, xüsusi nümayəndənin istəyi var və doğru yoldadır: "Daim nəzərə alınmalıdır ki, Naxçıvan blokada şəraitindədir. Ona görə də Fuad Nəcəflinin Naxçıvan Əlahiddə Ümumqoşun Orduda olması, hərbçilərlə mühüm görüş keçirməsi, vəziyyətlə yaxından tanış olması çox vacib idi. Fuad Nəcəflinin əsas vəzifələrindən biri də mövcud durumla bağlı Prezidentə, Ali Baş Komandana məlumat verməkdir. Dövlət Sərhəd Xidmətinin general-leytenantı Niyaməddin Tağıyev Naxçıvan Sərhəd Diviziyasının komandanı vəzifəsindən çıxarılaraq Mərkəzi Aparata Baş İdarə rəisi təyin olundu. Eyni zamanda Naxçıvan Daxili İşlər Nazirliyinə polkovnik Süleyman Nemətov təyinat aldı. Şübhəsiz, Əlahiddə Ümumqoşunda da dəyişiklik labüddür. Təxmin edirəm ki, gələn ilin yanvar ayında Naxçıvan ordusunda mühüm yeniliklər baş tutacaq. Çünki kifayət qədər tənqidi faktlar olub, problemlər gündəmə gətirilib. O baxımdan Fuad Nəcəflinin Naxçıvanın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxs kimi hərəkətləri və söylədiyi fikirlər çox önəmlidir. Onun Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı ilə görüşündə diqqətçəkən məqamlardan biri odur ki, həm Kərəm Mustafayevin özü, həm də tabeliyində olan bütün zabitlər artıq hərbi geyim qaydalarına əl gəzdiriblər. Formada dövlət atributlarının gəzdirilməsi, bayrağın sağ çiyində müəyyən olunmuş yerdə əks olunması, solda "şevron"un yerinin dəyişdirilməsi diqqət çəkirdi. Hamı bilir ki, bu məsələlər uzun müddət mediada, sosial şəbəkələrdə müzakirə predmetinə çevrilirdi. Ümid edirik ki, Naxçıvanla bağlı xoş xəbərlərin sayı artacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət