Gülüş və həyat Qarabağa qayıdır - Bu dəfə daimi
08:22 18.09.2022
Gündəm
401
"Gələn il işğaldan azad olunan torpaqlarımızın bərpası və eləcə də məskunlaşma üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, bu, məcburi köçkünlərin ata-baba yurdlarına gözləniləndən daha tez qayıtmasına imkan verəcək:
"2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir. Azərbaycan işğaldan azad olunan ərazilərimizi heç bir xarici borclanma olmadan, yalnız daxili maliyyə resursları hesabına bərpa edir. Şərqi Zəngəzur və Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Qayıdışı əhalimizin təhlükəsizliyi qorunmaqla ağıllı şəkildə reallaşır".
Parlament üzvü vurğulayıb ki, Zəngilan ilə yanaşı 2023-ci ilin ikinci yarısında artıq işğaldan azad olunan bir sıra digər rayonlarımızda da məskunlaşmaya start verilməsi gözlənilir:
"Dünən, 29 ildən sonra ilk dəfə Zəngilan məktəbində zəng çalındı. Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində də ilk zənglər çalınacaq. Füzuli və Cəbrayıl rayonlarında da bərpa işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Gülüş və həyat Qarabağa qayıdır. Bu dəfə daimi..."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat