Türkiyənin xarici işlər naziri Hakan Fidan HAMAS nümayəndə heyəti ilə görüşüb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Hakan Fidan HAMAS-ın Siyasi Büro rəhbəri vəzifəsinə seçilən Xəlil əl-Həyyəni təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.