“Həqiqətin izində”- Qəlbi oxuyan kitab
22:51 26.05.2025
Gündəm
584
Kitab necə olmalıdır? Suala cavablar müxtəlif ola bilər. Öyrədən, yol göstərən, doğruları təlqin edən... Bir də var, düşüncə çırağı yandıran, həqiqət axtarışına çıxan, qəlbin, ürəyin oxuduğu kitab. İlahiyyatçı Ağa Hacıbəylinin “Həqiqətin izində” kitabı belələrindəndir. Kitabın təqdimatında çıxış edənlər elm, ürfan alimlərimiz onu məhz belə adlandırdılar. “Ən yaxşı kitab, sənin qəlbini, ürəyini oxuyan kitabdır” dedi, ziya sahiblərimiz.
Qeyd olundu ki, kitabda müxtəlif dini-mənəvi məsələlərə toxunulur, müəllif problemləri və yaradılış həqiqətlərinə dair mövzuları vəhdət halında təqdim edərək mübahisəli məqamlarda ümmətin dini-ictimai birliyini, həmrəyliyini ifrat və təhrifə yol vermədən əsaslandırır. Kitabda müəllifin yanaşması ilə müxtəlif islam fikir məktəblərinə baxış mötədil xarakter alır, onlar arasındakı vəhdətin Quran nuru ilə təmin edilməsinin mümkünlüyünə diqqət yönəldilir. Vurğulanır ki, müharibə, çəkişmə və didişmələrin, aclıq, səfalətin hökm sürdüyü dünyamızda təkcə müsəlmanlar arasında qardaşlıq münasibətlərinin təşəkkül və inkişafı deyil, bəşəriyyətin xilası ümumən cəmiyyətin, insanların bir-birinə şəfqət nəzərləri ilə baxması hava-su qədər vacibdir. Çıxışçılar bildirdi ki, bu kitab daşıdığı yüksək missiya – həqiqət axtarışları baxımından oxucunun nəinki masaüstü, ovuc içi kitabı olmalıdır. Çünki həqiqət axtarışları hər zaman Haqda bitir. Haqqı tapansa haqq yoldan sapmaz. Bəşəriyyətin, insanlığın buna çox ehtiyacı vardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət