Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub
14:50 01.06.2024
Gündəm
408
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.
Sonra 22 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 26 nümayəndəsinə hərbi hissənin yaranması və döyüş yolu haqqında brifinq verilib. Qonaqlar şəxsi heyətə verilən yeni növ hərbi geyim forması, gündəlik qida təminatı, məişət şəraiti və hərbi hissənin silahlanmasında olan bəzi döyüş texnikası ilə tanış olublar.
Səfər çərçivəsində qonaqlar Nizami Gəncəvi məqbərəsi və muzeyi, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyası, Şah Abbas məscidi, Göygöl Milli parkını, həmçinin 2020-ci ilin oktyabr ayında erməni silahlı qüvvələrinin Gəncə şəhərinə müxtəlif raketlərlə hücumu zamanı dağıdılmış yaşayış yerlərini ziyarət ediblər.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz