Hulusi Kılıç: Prezident İlham Əliyev Türk dünyasının qürurudur

“44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın gücünü dünyaya göstərdi”

"Onun ünvanıma dediyi sözlər mənim üçün mükafatdır"

Bu gün Türk dünyasının qüruru, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin doğum gününü qeyd edirik. Onun Azərbaycan və Türk dünyasına verdiyi xidmətlər, liderliyi, strateji baxışı və vətənpərvərliyi hər birimizi qürurlandırır. Bu əlamətdar gündə, hörmətli Prezidentin fəaliyyəti, nailiyyətləri və Türk dünyasına göstərdiyi töhfələr bir daha xatırlanır və təqdir olunur.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyəti üzvü Hulusi Kılıç Sherg.az-a Prezident İlham Əliyevlə bağlı xatirələrini bölüşüb:

"Türk dünyasının qüruru, Ali Baş Komandan, hörmətli Prezident İlham Əliyevin doğum gününü ən səmimi arzularımla təbrik edirəm. Ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və işlərində uğurlar arzulayıram. Hörmətli Prezident, Türk dünyasının qürurudur və hər bir Türk onunla fəxr edir.

Hörmətli Prezident, ulu öndər Heydər Əliyevin Azərbaycan və Türk dünyasına bəxş etdiyi ən güclü liderdir. Bu liderliyini 44 gün davam edən Vətən Müharibəsi zamanı göstərdi və Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. İzlədiyi siyasi yol, ordunun gücləndirilməsi, modern ordu quruculuğu və xalq arasında qazandığı sevgi onu bölgədə ən güclü lider kimi tanıtdı. Vizyoner, pragmatik və səmərəli siyasətini isə Azərbaycanda həyata keçirdiyi layihələrdə göstərdi.

Məsələn, Türk dövlətləri arasında ilk zirvə 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirikdi. Mən həmin dövrdə Azərbaycanda səfir idim. Cənab Prezidentin bu zirvəni niyə Naxçıvanda keçirdiyini çox yaxşı bilirəm. Çünki Naxçıvan Türk dünyasının qapısıdır və bu yol Naxçıvandan başlayıb. 44 günlük Vətən Müharibəsindən sonra, 12 noyabr 2021-ci ildə 2009-cu ildə yaradılan Türk Şurası, Türk Dövlətləri Təşkilatına çevrildi".

Sabiq səfir Türk Dövlətləri Təşkilatının yaradılmasında Azərbaycan Prezidentinin rolunun böyük olduğunu söyləyib:

"Bu gün Azərbaycanda yerləşən Türk Parlament Assambleyasının yaradılmasında, Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətə başlamasında da Prezident İlham Əliyevin böyük rolu olub. Həmçinin, onun Ulusal Türk Akademiyasına verdiyi töhfələr əhəmiyyətlidir.

Ant içmə mərasimində dedi ki, “Mənim bir ailəm var, o da Türk dünyası, Türk Dövlətləri Təşkilatıdır. Türk dünyası, Türk Dövlətləri Təşkilatı demək, böyük siyasi güc, iqtisadi qüvvə, güclü ordu, geniş coğrafiya və gələcəyə ümid verən gənc nəsildir” . Bu sözlər digər Türk dövlətləri üçün ilham mənbəyi oldu.

8 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən zirvədə də Prezidentin çıxışları böyük əhəmiyyət daşıyır. O, çıxışında dedi ki, 2026-cı ildə Türk Dövlətləri Təşkilatının birgə təlimləri Azərbaycanda keçiriləcək. Bu heç kimə qarşı deyil, sadəcə özümüzə bir borcdur.

Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərin bu səviyyəyə çatmasında da Azərbaycan Prezidentin böyük töfəsi var. Mən 2008-ci ilin martında səfir təyin olundum və həmin dövrdə Prezidentin bu sahədə göstərdiyi dəstəyi öz gözlərimlə gördüm.

Qarabağ müharibəsindən sonra digər Türk dövlətlərinin Azərbaycana verdiyi dəstək, qardaşca səfərlər və Prezident İlham Əliyevin bu ölkələrə etdiyi səfərlər Türk dünyasının inkişafını göstərir. Eyni zamanda, Avropa İttifaqının Azərbaycana verdiyi önəm də göz qabağındadır. Bu gün Azərbaycan 14 ölkənin enerji təhlükəsizliyini təmin edir və bunların 10-u Avropa İttifaqı üzvüdür."

Müsahibimiz Prezident İlham Əliyevin tarixi iş gördüyünü vurğulayıb:

"44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan tarix yazdı. Hər bir gələcək nəsil bunu oxuyacaq və qürur duyacaqdır. Prezident, həmçinin ölmək üzrə olan Qoşulmama Hərəkatını canlandırdı. 4 il bu hərəkata sədrlik edən Azərbaycan gənclər və qadınlar üçün yeni departamentlər açılmasını təklif etdi.

COP29 zirvəsini 8 ay ərzində təşkil etmək də böyük uğurdur. Avropa dövlətləri bu zirvəni əngəlləməyə çalışsa da, 70-dən artıq dövlət və hökumət başçısı və 80 min iştirakçı COP-a qatıldı.

Prezident İlham Əliyevin Türk dövlətləri zirvələrində göstərdiyi təşəbbüslər və Türk dünyasına verdiyi xidmətlər çox əhəmiyyətlidir. Azərbaycan üçün isə Ali Baş Komandan, qəhrəman bir liderdir. Azərbaycanın 30 illik işğal olunmuş torpaqları azad edildi. Bu gün orada əcnəbi əsgər postları yoxdur. Bunu hər bir Azərbaycan vətəndaşı dərk etməlidir.

Allah ona sağlam, uzun ömür versin. Azərbaycan və Türk dünyası ona görə çox şanslıdır. Bu gün biz bir liderin doğum gününü qeyd edirik və onunla fəxr edirik".

Hulusi Kılıç səfir olduğu dövrdə göstərdiyi dostluq və dəstək üçün Prezidentə minnətdarlığını bildirib:

"İlk dostluq ordenini alan səfir olaraq, hörmət və qürur hissi keçirirəm. 9 aprel 2025-ci ildə Ada Universitetində mənim fəaliyyətimlə bağlı söylədiyi sözlər üçün də təşəkkür edirəm. O dedi ki, "Siz burada səfir olduğunuz vaxtda da, sonrasında da hər zaman Azərbaycanın yanında olmusunuz. Siz Azərbaycanın böyük dostusunuz. İndi də sizin fəaliyyətlərinizi izləyirəm. Siz indi də bizimləsiniz". Bu sözlər mənim üçün mükafatdır. Allah ona uzun ömür və can sağlığı versin. Azərbaycanımızın başından onu əskik etməsin".