Göygöl rayon İcra Hakimiyyəti başçısı Vüqar Novruzov sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Qocayevi işdən çıxarıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, işdən azad olunan A.Qocayev "Asan xidmət" mərkəzində işlə təmin edilib.
A.Qocayev Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində üç il çalışıb. O, öncə də "Asan xidmət" mərkəzində işləyib.