İlham Əliyev Vladimir Putinə başsağlığı verib
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Yusif Sultanoğlu
10:23 24.03.2024
Gündəm
423
Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.
Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.
Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır
20:50 11.03.2026
Dünya
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır
20:34 11.03.2026
Gündəm
Tiktoker “Şiva” həbs edilib
20:22 11.03.2026
Hadisə
Aİ Livana 100 milyon avro humanitar yardım ayırır
20:04 11.03.2026
Gündəm
Almaniya XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək
19:55 11.03.2026
Gündəm
Türkiyənin daxili işlər naziri Azərbaycan səfiri ilə görüşdü
19:44 11.03.2026
Siyasət
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvanda olub - FOTO
19:11 11.03.2026
Gündəm
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
19:09 11.03.2026
Gündəm
Avropa Şurası Prezidentinin gəlişi səbəbsiz deyil - Fazil Mustafa
18:49 11.03.2026
Gündəm
Tramp: İranla müharibə tezliklə sona çatacaq
18:14 11.03.2026
Gündəm
Türkiyədə 1 tondan çox narkotik maddə aşkarlanıb, saxlanılan var
17:14 11.03.2026
Gündəm
Paşinyan: Naxçıvana bu istiqamətdə yol verməyə hazırıq
17:01 11.03.2026
Cənubi Qafqaz
İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırdı
16:47 11.03.2026
Siyasət