İran ABŞ-nin daha əvvəl zərbələr endirdiyi bütün raket istehsalı obyektlərini bərpa edərək onları təhlükəsiz yerlərdə yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nağdı "Al-Mayadeen" telekanalına müsahibəsində bildirib.
M.Nağdı köhnə müəssisələrin koordinatları bəlli olduğu üçün zəif mövqelərinin olduğunu, lakin səhvlərdən nəticə çıxarıldığını qeyd edib.
“Bu müharibədə İranın üstünlüyü bütün silahların ölkə daxilində istehsal olunmasıdır. Bütün obyektlər maksimum təhlükəsiz yerlərdə bərpa edilib və hazırda müasir qabaqcıl texnologiyalarla daha yüksək həcmdə istehsal həyata keçirirlər”, — deyə M.Nağdı vurğulayıb.