“İran artıq çəkindirmə siyasətindən çıxaraq hücum mərhələsinə keçib”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.
“ABŞ ilə danışıqlar qətiyyən gündəmdə deyil”, - o bildirib.
Maliki əlavə edib ki, hücum mərhələsində İranla genişmiqyaslı müharibəyə cəlb olunmamalı olan ölkələr ağır zərbələr alacaqlar.