İran ölkənin qərb hissəsində hava məkanını bağladı

İran təhlükəsizlik səbəbilə ölkənin qərb bölgələrində hava məkanını növbəti bildirişədək bağlayıb.

Sherg.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatına istinadən Mehr agentliyi məlumat yayıb.

Qərar İranın bazar günü axşam İsrailin şimalına raket zərbələri endirməsindən sonra qəbul edilib. İsrail isə hücuma cavab verəcəyini bəyan edib. Hadisələrin fonunda Türkiyə və İranın xarici işlər nazirləri bölgədəki gərginliyi müzakirə ediblər.