İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər

“İran amerikalıların bölgədə qalmasına imkan verməyəcək və onları Qərbi Asiya regionundan çıxarmaqda qətidir”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəz Şikarçi deyib.

“Tramp və digər Amerika liderlərinə sözümüz budur ki, Hörmüz boğazının onların ərazisi olduğunu yalnız yuxularında görə bilərlər. Trampın Hörmüz boğazı ilə bağlı iddiası əsassızdır, xəyallara və arzulara əsaslanır və cəmiyyətimizə psixoloji təzyiq göstərmək məqsədilə irəli sürülüb”, - o qeyd edib.

Əbülfəzl Şikarçi iddia edib ki, ABŞ İranla müharibədə əldə edə bilmədiyini başqa yollarla əldə etməyə çalışır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Hörmüz boğazını “Amerikanın yeni ərazisi” adlandırmışdı.