“Tehran ABŞ Prezidenti Donald Trampın sosial mediada İrana qarşı təhdidlər ehtiva edən paylaşımlarına cavab verməyi zəruri hesab etmir”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Daha vacib işlərimiz var. Əgər qarşı tərəfin sosial mediada paylaşdığı paylaşımlara və fotolara cavab versək, daha vacib nəticələr əldə edə bilməyəcəyik. Biz ölkəmizin milli maraqlarını təşviq və müdafiə etməyə fokuslanmışıq. Amma lazım olan yerdə öz üslubumuz və tərzimizlə hərəkət edəcəyik”, - Bəqayi bildirib.
ABŞ Prezidenti müntəzəm olaraq “TruthSocial”da İrana qarşı təhdidlər ehtiva edən paylaşımlar edir. Amerika lideri bundan əvvəl Tehran razılaşmaya gəlməyəcəyi təqdirdə İranı daha böyük və daha şiddətli bombardmanla hədələyib.