“İran ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsi məsələsini müzakirə mövzusu hesab etmir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin üzvü və keçmiş xarici işlər naziri Manuçöhr Möttəki deyib.
“Hörmüz boğazını itirməyəcəyimiz kimi, zənginləşdirmə proqramını da itirməyəcəyik”, - o bildirib.
Manuçöhr Möttəki əlavə edib ki, Tehranın danışıqlara qayıtması üçün Vaşinqton dondurulmuş aktivləri sərbəst buraxmalı, hərbi qüvvələrini bölgədən çıxarmalı, Livanla bağlı öhdəliklərini yerinə yetirməli və İranın Hörmüz boğazı üzərində suverenliyini tanımalıdır.
“Silahlı qüvvələrimiz Hörmüz boğazının Oman marşrutunu elə təhlükəli hala gətirib ki, Amerika ora gəmi göndərməyə cəsarət etməyəcək”, - keçmiş xarici işlər naziri vurğulayıb.