İsa Qəmbərin oğlundan ermənipərəst paylaşım - SƏRT TƏNQİD + FOTO

İsa Qəmbərin oğlu İlkin Qəmbərin tvitterdə paylaşdığı status müzakirə mövzusuna çevrilib.
"Sherg.az" xəbər verir ki, İlkin Qəmbər paylaşdığı statusda ingilis dilində "Bu gün Erməni soyqırımının anım günüdür. Birdə heçvaxt" ifadəsini paylaşıb.
Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və müxalifətçilər tərəfindən də tənqid olunub.
Hətta istifadəçilərdən biri İsa Qəmbərə oğluna tərbiyə verməyi də məsləhət görüb.