İşçi qrupunun rəhbəri: "Kimlər koronavirusa yoluxmanı daha şiddətli keçirə bilər?"
16:47 28.02.2020
Gündəm
636
“Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”. Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yolxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq:
“Yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək. Qeyd edim ki, həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlanıla bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə alınır”.
V. Əliyev bildirib ki, statistikaya görə, bu virusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur:
“Ahıl yaşlı insanlarda, özəlliklə də xroniki xəstəliyi olanlar, məsələn, diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı, eləcə də orqan transplantasiyası, onkoloji xəstəliyi olan insanların müqaviməti zəif olduğu üçün onlarda koronavirus daha şiddətli keçir. Bəzi xəstələr iki həftəyə sağala bilər, bəzilərində daha şiddətli ola bilər, eyni zamanda, yenidən yoluxma ehtimalı da var. Necə ki, qrip virusuna yenidən yoluxma olursa, eyni zamanda koronavirusda da ola bilər. Bu, bütün viruslara aiddir”.
“Koronavirusun yeddi növü var. Bunlardan dördü insanlarda burun axıntısı, boğaz ağrısı kimi yüngül qrip əlamətləri kimi keçən xəstəliklərdir. Yaxın keçmişdə aşkarlanan digər növləri, eyni zamanda indi yayılan növü epidemiyaya səbəb olub. Bunların heç birinin standart, spesifik, virus əleyhinə avtivirus müalicəsi yoxdur. Ancaq simptomatik müalicə tətbiq olunur. Bunun nə peyvəndi, nə də bu xəstəliyə qarşı virus əleyhinə dərman preparatı var”, - deyə rəhbər əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya