Karapetyan: Ermənistanda qalacağam, geri qayıtmaq fikrim yoxdur

Ermənistanda keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan yaxın illərdə Rusiyaya qayıtmağı planlaşdırmadığını bildirib.

“Daha 10 il Ermənistanda qalacağam. Burada işləyəcəyəm. Görüləsi iş çoxdur”, - deyə Karapetyan qeyd edib.

Sherg.az xəbər verir ki, Karapetyan həmçinin Ermənistanın həm Rusiya, həm də ABŞ-la yaxşı münasibətlər saxlamasının vacibliyini vurğulayaraq, ölkənin xarici siyasətində balansın qorunmasının zəruri olduğunu bildirib.

Karapetyan baş nazir Nikol Pashinyan tərəfindən ona və Ermənistanın ikinci prezidenti Robert Kocharyan ünvanlanan ittihamlara da münasibət bildirərək, hər ikisinin ölkəni tərk etmək niyyətində olmadığını deyib.