Ermənistanda Rusiya hərbi bazasının çıxarılması ölkəni Türkiyə təhlükəsi qarşısında tək buraxa bilər. Sherg.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan deyib.
“Biz taleyin ümidinə buraxılacağıq. Rusiya bazasının yerində Türkiyə bazası olacaq. Ona görə də Rusiya bazası qalmalıdır”, - Karapetyan bildirib.
Qeyd edək ki, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir. Rusiya və Ermənistan arasında 2010-cu ildə imzalanan razılaşmaya əsasən, bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.
Baza üzrə hava komponenti İrəvanda yerləşən “Erebuni” aviabazasıdır.