Rusiya hakimiyyəti Ermənistan Baş naziri Nikol Paşinyanın 7 iyun parlament seçkilərində məğlub olacağını gözləmir, lakin onun partiyasının mövqeyini zəiflətməyə və İrəvanın siyasi gündəliyinə mane olmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Verstka” Teleqram kanalı Rusiya hakimiyyət dairələrindəki mənbələrə istinadla məlumat yayıb.
“Yüksək vəzifəli Rusiya rəsmilərindən birinin sözlərinə görə, Moskvada Paşinyanın seçkilərdə qalib gələ bilməyəcəyinə ciddi şəkildə ümid edənlər azdır. Ona görə də Kremlin məqsədi hökuməti dəyişdirmək deyil, hakim partiyanı konstitusiya çoxluğundan məhrum etməkdir ki, bu da islahatları, o cümlədən Ermənistanın Avropa Birliyi ilə yaxınlaşma kursunu çətinləşdirəcək”, - məlumatda qeyd olunub.