Lavrov: Ermənistanın Avrasiya İttifaqındakı üzvlüyü məsələsi təcili şəkildə həll olunmalıdır

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı üzvlüyü məsələsi “kəskin xarakter alıb” və bunun operativ şəkildə aydınlaşdırılması lazımdır.

Sherg.az-ın məlumatına görə, Lavrov qeyd edib ki, Ermənistanda Ermənistanın Avropa İttifaqına qoşulmaqla bağlı qanun qəbul edilib və bu, EAEU ilə eyni vaxtda üzvlük məsələsini mürəkkəbləşdirir.

Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın seçimlərini hörmətlə qarşılayır, lakin iki inteqrasiya modelinin hüquqi və iqtisadi baxımdan bir-birinə zidd olduğu üçün vəziyyətin tezliklə dəqiqləşdirilməsi vacibdir.