Rusiya Ukrayna ilə bağlı yeni danışıqlar raunduna hazırdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiyanın “deyəcək sözü var”.
Lavrov qeyd edib ki, Moskva Ukrayna ilə bağlı mövqeyini heç vaxt dəyişməyib.
“Xüsusi Hərbi Əməliyyat”ın tapşırıqları eyni olaraq qalır. Eyni zamanda, Rusiya öz mövqeyi çərçivəsində kompromislər axtarmağa hazırdır”, - Rusiya XİN başçısı vurğulayıb.