Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Leyen Ermənistanın Avropaya yaxınlaşma kursunu yüksək qiymətləndirdiklərini bildirib.

"Hörmətli Nikol Paşinyan, sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm. 2018-ci il "Məxməri inqilabı"nın ruhu sizin rəhbərliyiniz altında yaşayır və möhkəmdir. Avropaya getdikcə daha da yaxınlaşan demokratik Ermənistanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Ermənistan bizə etibar edə bilər", - deyə qeyd edib.