Macarıstan xarici işlər naziri: Ukraynaya silah verilməsini dəstəkləmirik

“Macarıstanın yeni hökuməti Ukraynaya silah verməyəcək və ölkənin Avropa İttifaqına (Aİ) tələsik qəbul edilməsinə də qarşıdır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Anita Orban Berlində alman həmkarı Yohann Vadefulla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Orban alman jurnalistlərin Ukraynaya yanaşması ilə bağlı sualına cavab olaraq bildirib:

“Əlbəttə, Macarıstan istənilən digər ölkənin müvafiq çərçivədə Aİ-yə üzvlüyünün tərəfdarıdır. Silah təchizatı ilə bağlı mövqeyimiz isə tam aydındır. Bunu seçki kampaniyası zamanı da bəyan etmişik. Ukraynaya silah daşınmasını dəstəkləmirik. Macarıstan Ukraynaya silah verməyəcək”.