Mahmudlu: "Dövlət qurumları və özəl şirkətlər COP29 zolaqlarından istifadə üçün müraciət etməsinlər"
16:20 01.11.2024
Gündəm
434
Dövlət qurumları, özəl şirkətlər, biznes subyektləri və digər hüquqi şəxslər əsası olmadan COP29 zolaqlarından istifadə icazəsi, xüsusi stikerlər və nəqliyyatın buraxılış və parklanma icazələri üçün müraciət etməməlidirlər.
"Report" xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O. Mahmudlu bildirib ki, yalnız xüsusi xidmət və tədbir avtomobillərinə, eləcə də ictimai nəqliyyat vasitələrinə bu zolaqlardan istifadə imkanı yaradılacaq: "Noyabrın 1-dən bu zolaqlarda hərəkət üçün xüsusi avtomobillərə stikerlər və buraxılış-parklanma icazələri verilib və bu icazələr yalnız COP29 Əməliyyat Şirkəti tərəfindən təmin edilir. Digər qurumların bu məsələlərlə bağlı müraciət etməmələri xahiş olunur; alternativ yolların mövcudluğu onların istifadəsini mümkün edir".
Qeyd edək ki, noyabrın 1-dən etibarən COP29-a görə 26 küçə və prospekt – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində xüsusi zolaqlar təşkil edilib və onlara daxil olmaq qadağan olunub.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya