Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 7-də Londonda görüşməyi planlaşdırırlar.

BFMTV telekanalının məlumatına görə, görüşdə əsas müzakirə mövzularından biri Rusiya ilə mümkün danışıqlar olacaq.

Mənbələrin bildirdiyinə görə, liderlər Ukraynadakı vəziyyəti və münaqişənin diplomatik həlli perspektivlərini müzakirə edəcəklər.