Əqli cəhətdən problemi olan insanlar ancaq başa düşməyə bilər ki, havalar şaxtalı olduğundan, yola tökdüyünüz o qar axşam və səhərlər buz bağlayır...
Meriyanın yeni icadı... Bu qarı yola tökməli deyilsiz, cənablar!
03:23 17.01.2024
Gündəm
622
Əqli cəhətdən problemi olan insanlar ancaq başa düşməyə bilər ki, havalar şaxtalı olduğundan, yola tökdüyünüz o qar axşam və səhərlər buz bağlayır...
Yol kənarındakı qarın mənzil-kommunal təsərrüfatı idarələrinin məhz xanım işçiləri tərəfindən təmizlədilməsi nə qədər təəssüf doğurursa, qarın yolun hərəkət hissəsinə, trasın ortasına atılması bir o qədər təəccüb doğurur, sürücülər tərəfindənsə əsəb və etirazla qarşılanır. Xanım əməkdaşlarla bağlı qısaca bunu deyə bilərik ki, “bu işi texnika icra etsə, onlar işsiz qalacaqlar, sonra da onların işsiz qalmasına etiraz edəcəksiniz”, “evlərinə çörək (yəni çörək pulu) aparırlar” və sair bu kimi çıxışlar məntiqsiz görünür.MKTİ məgər işçiləri yalnız qarlı havalar üçün işə qəbul edir? Belə anlaşıla bilər ki, fəhlələr, xadimələr başqa fəsillərdə heç bir iş görmür, bekar oturub qarın yağmasını gözləyirlər. Elə deyil. Bu işçilər şose yollarını sübh tezdən süpürür, küçələri təmizləyir, zibilləri daşıyır, ağacların dibini belləyir, torpağı əlləriylə şumlayır... Bu işlərə görə əməkhaqqı almırlarmı, yoxsa ancaq qarı təmizlədikdə əməkhaqqı alırlar, yaxud qarı təmizlədikdə əmək haqlarına xüsusi əlavə edlir? Bu nə yanaşma, nə məntiqdir? Texnika ona görə alınır ki, qarlı havada yol təmizlənsin. Çətin şəraitdə insanlar əziyyət çəkməsin, bu işi texnika icra etsin. Belə olmayacaqdısa, o texnika niyə alınırdı? Hər dəfə görürük axı, meydana yığılan yeni kommunal texniki vasitələr bəh-bəhlə təqdim edilir. Belə bir qəribə, tam da Azərbaycan reallığına uyğun vəziyyət yaranıb. Sosial şəbəkələrdə də müzakirələr bitmir. Yollardan da yazılır, qarın fəsadlarından da.
Məsələn, sosial şəbəkə istifadəçisi Elnur Məmmədli qeyd edir:
- Bu mənə heç vaxt çatmayıb. Məntiqlə yolun hərəkət hissəsində olan qar təmizlənməlidir. Amma Azərbaycanda kimsə icad edib ki, qeyri-hərəkət hissəsində olan qar, buz təmizlənib hərəkət hissəsinə tökülməlidir. Özü də bunu qadınlar etməlidir. Niyə?
Jurnalist Zülfüqar Xeyirxəbər də yazıb:
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, bu qarı yola tökməli deyilsiz, yoldan kənarlaşdırmalısız. Bu hərəkətinizlə insanların həyatına təhlükə törədirsiz. Əqli cəhətdən problemi olan insanlar ancaq başa düşməyə bilər ki, havalar şaxtalı olduğundan, yola tökdüyünüz o qar axşam və səhərlər buz bağlayır... Ayrıca olaraq buz bağlamış yollarda o qadınları işlətməklə onların həyatını da təhlükəyə atırsız... Hökumətdən bu işlər üçün texnika almaq adı ilə milyonlarla vəsait almısız.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında məsələyə aydınlıq gətirdi:
- Ümumi götürdükdə, bizdə piyada infrastrukturunun qarsız havada baryersiz olması yönündə işlər görülməlidir. Qarlı havada isə piyada gəzmək daha təhlükəsizdir. Avtomobillərin qəza etmək riski var, təhlükə realdır çünki. Yol kənarlarındakı qarı niyə yolun hərəkət hissəsinə atırlar, deyə bilmərəm. Bu məsələdə qarın həcmindən asılı olaraq fərqli həllər mümkündür. Qar çox olarsa, kənara daşıya bilərlər. Düşünürəm ki, çox deyil deyə, yolun hərəkət hissəsinə atmaqla əriməsini stimullaşdırırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Konqoda Eboladan ölənlərin sayı 500-ü ötdü
20:02 06.07.2026
Dünya
Rutte: Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək
19:59 06.07.2026
Siyasət
Tramp: İranın nüvə silahı olmayacaq
19:54 06.07.2026
Siyasət
Tramp: Rusiya-Ukrayna sülhü yaxındır
19:50 06.07.2026
Siyasət
Tramp: Ağ Evin Cənubunda helikopter meydançası tikilir
19:40 06.07.2026
Dünya
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
19:37 06.07.2026
Futbol
YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib.
19:25 06.07.2026
Ölkə
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region