MHP sədri Dövlət Baxçalı 6 fevral zəlzələlərinin 3-cü ildönümündə bildirib ki, müxalifət siyasi qazanc ardınca düşərkən dövlət və millət böyük fəlakətə qarşı birlik nümayiş etdirib.
Sherg.az xəbər verir ki, onun sözlərinə görə, zəlzələdən sonra dövlət dərhal hərəkətə keçib, genişmiqyaslı bərpa və tikinti işləri aparılıb, yüz minlərlə insan təsirlənib, 50 mindən çox vətəndaş həlak olub. Baxçalı vurğulayıb ki, görülən işlər dövlət-xalq həmrəyliyinin real nəticəsidir və bərpa prosesi davam edir.