Millət vəkilləri sertifikatlaşdırma imtahanını izlədi
15:35 22.06.2024
Gündəm
491
İyunun 22-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib.
Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.
İnfoturda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, millət vəkilləri Ceyhun Məmmədov, Fatma Yıldırım, Jalə Əliyeva, Könül Nurullayeva, Arzu Nağıyev və Vüqar Bayramov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, şura üzvü Elçin Əzimli iştirak ediblər.
Tədbirdə ilk olaraq sertifikatlaşdırmanın təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimlədiyi infotur iştirakçılarının diqqətinə çatdırılıb, prosesin keçirilmə qaydaları və digər məsələlər müzakirə olunub.
Daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti ilə bağlı təqdimatla çıxış edib.
Qeyd edilib ki, ölkə üzrə 27 imtahan mərkəzində keçirilən imtahanların ikinci gününə ingilis dili fənnini tədris edən təhsilverənlər cəlb olunublar. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-yə yaxın müəllim dəvət edilib.
Nazir müavini Firudin Qurbanov məlumat verib ki, proses diferensial əməkhaqqı sisteminə uyğun maaş artımına və müəllimlərin sosial rifahının yüksəlməsinə imkan yaradır.
Daha sonra görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.
İnfoturda iştirak edən qonaqlar da öz növbəsində təhsil sahəsində aparılan islahatlar, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Sonda infotur iştirakçıları imtahan prosesini izləyib, iştirakçılar üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual