MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb.

“News.am” xəbər verir ki, bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.

"Vətəndaş Müqaviləsi" Partiyası 49,81% (727 160 səs), "Güclü Ermənistan" bloku 23,29% (340 062 səs), "Ermənistan" bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.

Beşinci yerdə qərarlaşan "Birlik Qanadları" partiyası 2,30% (33.618 səs) səs toplayıb.