MSK-da Türkiyə Yüksək Seçim Kurulunun nümayəndə heyəti ilə görüş keçirilib
09:47 17.11.2023
Gündəm
292
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) ilə Türkiyə Respublikasının Yüksək Seçim Kurulu (YSK) arasında imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində seçki idarəçiliyinə dair təcrübə mübadiləsinin aparılması və ali seçki qurumlarının əməkdaşlığının dərinləşdirilməsi məqsədilə ölkəmizdə səfərdə olan YSK sədri Ahmet Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə MSK-da görüş keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən xəbərə görə, MSK sədri Məzahir Pənahov dost və qardaş Türkiyə Respublikasından olan həmkarı, YSK sədri Ahmet Yeneri və nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, keçirilən görüşdən məmnunluğunu bildirib. Komissiyanın beynəlxalq əlaqələrindən söhbət açan M.Pənahov qeyd edib ki, seçki idarəçiliyi sahəsində qarşılıqlı təcrübə mübadiləsinə geniş imkan yaradan münasibətlərin uğurlu inkişafı olduqca sevindiricidir. Bənzərsiz dostluğu və qardaşlığı günbəgün daha da möhkəmlənən Azərbaycan və Türkiyənin ali seçki qurumları arasında mövcud olan uzunmüddətli sıx əməkdaşlıq qazanılmış nailiyyətlərdə və yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir.
Səmimi qəbula görə minnətdarlığını bildirən YSK sədri Ahmet Yener və nümayəndə heyətinin üzvləri qardaş Azərbaycanda olmaqdan, keçirilən görüşdən və MSK ilə əlaqələrin müvəffəqiyyətlə davam etməsindən şad olduqlarını söyləyiblər. A.Yener Türkiyənin seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, tətbiq olunan institusional mexanizmlər və yüksək innovativ texnologiyalar barədə danışıb, həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının da ən son nailiyyətlərindən istifadə edilməklə seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlərlə maraqlanıb.
MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi üçün həyata keçirilən layihələr barədə məlumat verib. O, son illər keçirilən seçkilərdə əldə olunan qabaqcıl təcrübəni qonaqlarla bölüşüb və bildirib ki, seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi üçün ölkədə hərtərəfli şərait və demokratik mühit mövcuddur.
Görüş çərçivəsində nümayəndə heyəti MSK-nın İnformasiya Mərkəzində də olub. Mərkəzdə qonaqlara “Seçkilər” İnformasiya Sistemi, seçkilər zamanı proseslərin şəffaflığının təmin olunmasında sistemin təkmilləşdirilmiş şəbəkə variantının və müvafiq proqram təminatlarının geniş tətbiqi barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə, həmçinin qurumlararası əlaqələrin daha da gücləndirilməsi imkanları, perspektivlər və maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat