Müdafiə Nazirliyində hərbi attaşelər üçün sərhəddəki təxribatla bağlı brifinq keçirildi
Yusif Nəzərli
08:01 13.09.2022
Gündəm
357
Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.
Beynəlxalq nümayəndələrin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əmin-amanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur.
Qeyd olunub ki, təkcə Kəlbəcər və Laçın rayonları ərazilərində 2019-2021-ci illərdə Ermənistanda istehsal olunmuş “PMN-Э” növlü 1390 ədəd piyada əleyhinə mina aşkar edilib.
İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrimizin bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış ümumilikdə 7559 ədəd piyada əleyhinə, 2348 ədəd tank əleyhinə mina və 10 052 ədəd partlamamış döyüş sursatı aşkarlayaraq məhv etməsinə baxmayaraq, qarşı tərəfin diversiya qrupları sentyabrın 12-də gecə saatlarında bölmələrimizin təminat yollarını və mövqeləri arasındakı əraziləri minalayıb. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub.
Brifinqdə tərəfimizdən görülən cavab tədbirlərinin bölmələrimizin, eyni zamanda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb edilmiş mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı xüsusi vurğulanıb.
Bir daha bəyan edilib ki, baş vermiş genişmiqyaslı təxribat nəticəsində yaranan gərginliyə, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil