Musson yağışları Hindistan və Banqladeşdə insan tələfatına səbəb olub
20:54 19.06.2022
Gündəm
527
Mövsümi xarakter daşıyan musson yağışları Hindistan və Banqladeşdə insan tələfatına səbəb olub.
Axar.az xəbər verir ki, Banqladeşdə həftəsonu ildırım vurması və torpaq sürüşməsi nəticəsində azı 25 nəfər həlak olub. Qeyd olunur ki, ölkənin yeni tarixinin ən güclü musson daşqınlarından zərər çəkmiş şimal-şərq bölgələrində milyonlarla insan evsiz qalıb.
Qonşu Hindistanın Assam əyalətində musson yağışları nəticəsində meydana gələn daşqınlar zamanı azı 17 nəfər həlak olub.
Bildirilir ki, Banqladeşin bir çox çayları təhlükəli səviyyəyə qalxıb və bu vəziyyəti Hindistan ərazisində yerləşən dağlarından gələn sel suları daha da ağırlaşdırıb.
Axtarış-xilasetmə işlərinə kömək etmək üçün minlərlə polis, hərbçi ölkənin təbii fəlakətdən zərər görmüş bölgələrinə göndərilib. İndiyədək 105 minə yaxın insan təxliyə edilib, lakin polis rəsmiləri dörd milyondan çox insanın hələ də köməksiz vəziyyətdə olduğunu təxmin edir.
Regional rəsmilər təxminən 3,1 milyon insanın evsiz qaldığını, onlardan 200 min nəfərin müvəqqəti sığınacaqlarda qaldığını söyləyib.
Banqladeş və Hindistanda son illərdə artan ekstremal hava şəraiti böyük miqyaslı dağıntılara səbəb olub.
Ekoloqlar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi xüsusilə əhalinin sıx məskunlaşdığı Banqladeşdə daha çox fəlakətlərə səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya