Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in müəyyən olunmuş prezidenti Murat Kurum ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə M.Babayev "X" hesabında məlumat paylaşıb.

Görüş zamanı COP31-in çoxtərəflilik vasitəsilə qlobal iqlim hədəflərinin reallaşdırılması üçün kritik bir platforma olacağı vurğulanıb.

Muxtar Babayev qeyd edib ki, Azərbaycan tərəfi COP-un uğurla keçməsini dəstəkləmək, beynəlxalq iqlim fəaliyyətində davamlılığı təmin etmək və icra prosesini irəlilətmək məqsədilə COP31 Sədrliyi ilə sıx əməkdaşlıq edəcək.