“ABŞ Prezidenti Donald Tramp İranla bağlı edilməli olduğu şeyi edib”.
Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
Alyans rəhbəri yekun razılaşmaya gəlmək üçün hazırkı yolunun düzgün olduğunu bildirib.
Mark Rutte həmçinin Tehranın nüvə silahı əldə etməsinin region üçün dağıdıcı olacağı barədə xəbərdarlıq edib: “Təsəvvür edə bilərsinizmi ki, İran nüvə silahı əldə etsəydi, nə olardı? Mən bu məsələdə ABŞ Prezidentini tam dəstəkləyirəm”.
NATO baş katibi Trampın İranın nüvə silahı əldə etməsinə imkan verməməsini təqdir edib.
Rutte həmçinin NATO-nun ABŞ-nin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlar üçün öz bazalarını hazırladığını təsdiqləyib.