"Global Firepower" 2026-cı il üçün NATO ölkələrinin ən güclü ordularının reytinqini açıqlayıb.
Sherg.az xəbər verir ki, 60-dan çox meyar əsasında hazırlanan siyahıda Türk Silahlı Qüvvələri NATO daxilində 4-cü ən güclü ordu seçilib. Hesabatda Türkiyənin son illərdə müdafiə sahəsində əldə etdiyi irəliləyişin diqqət çəkdiyi vurğulanıb.
NATO-nun ən güclü 10 ordusu belə sıralanıb:
Amerika Birləşmiş Ştatları
Fransa
Birləşmiş Krallıq
Türkiyə
İtaliya
Almaniya
İspaniya
Polşa
İsveç
Kanada
Hesabatda qeyd olunub ki, yeni reytinq NATO daxilində hərbi güc balansında dəyişikliklərin baş verdiyini göstərir.