Nazir: Azərbaycan “yaşıl enerji zona”ları və “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə ön plana çıxır
Yusif Nəzərli
06:55 05.06.2024
Gündəm
305
Ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığın, eyni zamanda, emissiyaların azaldılması və “yaşıl enerji”yə keçidin təmin edilməsi məsuliyyəti ilə inkişaf etdirir.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir deyib ki, konvensional və təmiz enerji mənbələrinə bu cür yanaşma COP28 Konsensusunda vurğulanan ədalətli, nizamlı və məsuliyyətli keçid üçün də mühüm şərtlərdəndir. Nazir hazırda dünyada fossil yanacağın maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlərə və uzunmüddətli tələbata dair zəmanətin yoxluğuna rəğmən Azərbaycanın bu gün tərəfdaşlarını qazla təchiz etmək missiyasına sadiq olduğunu və bu il proqnozlaşdırılan 24.3 milyard kubmetr qaz ixracının yarısının Avropaya tədarük ediləcəyini diqqətə çatdırıb. Həmçinin Azərbaycandan və üçüncü ölkələrdən qazın Türkiyə və Avropaya təchizatı ilə bağlı Sazişin, SOCAR və BOTAŞ arasında sənədlərin imzalanması ölkələrimizin qaz ixracı və tranzitində mövqeyini gücləndirən perspektivlər kimi dəyərləndirilib.
Energetika naziri deyib ki, bu onillik Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsi, ənənəvi və bərpa olunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerjiyə keçid”də ölkəmizin regional liderliyi ilə əlamətdar olacaq. 1 milyard dollara yaxın investisiya dəyərinə malik 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda bp və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin atılacağı, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP zamanı elan ediləcəyi diqqətə çatdırılıb.
“2027-ci ilin sonunadək reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 33%-ə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5.3 milyard kilovat saat elektrik enerjisinin istehsalı, 1.2 milyard kubmetr qazın sərbəstləşməsi, 2.5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”, deyə nazir əlavə edib.
O da qeyd olunub ki, bərpa olunan enerjinin inkişafına dekarbonizasiya ilə yanaşı, post-konflikt quruculuğu və enerji tədarükü mənbələrinin şaxələndirilməsi kontekstində yanaşma bu gün Azərbaycanı “yaşıl enerji zona”ları və “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə də ön plana çıxarır. Çıxışda “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması ilə bağlı atılan addımlardan bəhs edilib. Bildirilib ki, ölkəmiz regional “yaşıl enerji“ bağlantılarının qurulmasında mühüm rol oynamaqla yanaşı, bu yeni mərhələdə Avropanın enerji təchizatını “yaşıl enerji”, hidrogendən əlavə bərpa olunan enerji hesabına sərbəstləşən böyük həcmlərdə təbii qazla da şaxələndirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya