Nazir: Azərbaycanın qaz rezervləri sual altında deyil
15:47 01.03.2024
Gündəm
343
Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizini (CQD) genişləndirmək niyyətindədir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, CQD-nin genişləndirilməsi istiqamətində artıq müvafiq işlər aparılır. “Bugünkü görüş, danışıqlar və görülən işlərin hamısı buna yönəldilib”, - nazir qeyd edib.
O əlavə edib ki, Azərbaycanın qaz ehtiyatları sual altında deyil, ölkə kifayət qədər qaz ehtiyatlarına malikdir. “Biz bu rezervuarı Avropada mövcud olan istəklərə uyğun planlaşdırmalıyıq”, - nazir vurğulayıb.
Nazirin sözlərinə görə, CQD-nin birinci fazası fərqli şəkildə həyata keçirilirdi - uzunmüddətli müqavilələrin mövcudluğu, Avropa institutları tərəfindən maliyyə dəstəyi və s. - lakin hazırda Avropada bu istiqamətdə siyasət dəyişib, belə ki, maliyyə institutları bu cür layihələrə dəstək göstərmir, qazın alışı isə qısamüddətli müqavilələr əsasında həyata keçirilir.
“Əlbəttə ki, bunlar hamısı bizim bu məsələdə yanaşmamıza təsir göstərib və biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk”, - Pərviz Şahbazov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm