Baş nazirliyə namizəd Levon Zurabyan ölkə üçün “ağıllı gələcək” istədiyini deyib
“Erməni Milli Konqresi”ndən baş nazirliyə namizəd Levon Zurabyan bildirib ki, supergüclər Ermənistan ərazisini qarşıdurma meydanına çevirməməlidir.
Sherg.az xəbər verir ki, seçkilərdə səs verdikdən sonra jurnalistlərə açıqlama verən Zurabyan ölkə üçün “ağıllı gələcək” istədiyini deyib.
Onun sözlərinə görə, Ermənistan “dövlətlərin döyüş meydanı” deyil, əksinə investisiya və əməkdaşlıq mərkəzi olmalıdır:
“Supergüclər Ermənistanda vuruşmamalı və ölkəni xarabalığa çevirməməlidir. Əgər rəqabət olacaqsa, bu yalnız investisiya sahəsində olmalıdır. Ermənistan Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirən tranzit mərkəzə çevrilməlidir.”
Siyasətçi həmçinin ölkədə sosial problemlərin, o cümlədən narkomaniya və qumarın dövlət səviyyəsində təşviq olunmamasını, insan hüquqları və Konstitusiyaya hörmətin təmin edilməsini vacib sayıb.