
Neft Araşdırmaları Mərkəzinin rəhbəri: İqtisadiyyatın əsas lokomotivi enerji sektorudur
13:03 04.06.2024
Gündəm
662
Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir.
Bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.
Dövlət başçısı vurğulayıb: “Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.
“Şahdəniz” layihəsi qaza olan qıtlığı aradan qaldırdığını və u gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlət başçısı qeyd edib:
“Bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Sherg.az"a bildirib ki, bu sərginin adı mütəmadi olaraq dəyişdirilsə də mahiyyəti dəyişmir:

“Bu Bakı Enerji Həftəsi adlansa da Xəzər Neft Qaz sərgi konfransıdır. Artıq 29-cu dəfədir ki, keçirilir. Biz görürük ki, bu sərgi Xəzər regionunda İran, Rusiya, Qazaxstan, Türkmənistan və Azərbaycanda var. Vaxt var idi ki, 450 şirkət qatılırdı, indi isə 300 şirkət qatılır. Lakin bununla belə maraq səngimir. İkinci bir tərəfdən isə sabah konfransda 600-ə yaxın nümayəndə iştirak edəcək və 77 məruzə dinləniləcək. Böyük əksəriyyəti Xəzərin enerji resursları, onların işlənməsi, xarici investorlar üçün cəlbediciliyi və dünya bazarlarına çıxarılma imkanlarıdır. Logistik, infrastruktur layihələri və dünyanın ticari zəncirlərinin Coviddən sonra qırılmasına baxmayaraq bunu böyük zəhmət hesabına yenidən yaradırıq. Azərbaycan hökuməti başda olmaqla digər ölkələr bu əməliyyatlara öz töhvələrini verir. Görürük ki, Azərbaycanın zamanında atdığı addımlar öz bəhrəsini verməkdədir. Bu baxımdanda geniş oxucu audotirayada sual yarana bilər ki, 29 ildi nə keçiririk? Cavab sadədir. Enerji Azərbaycanın kapitala çevirməmişdən əvvəl əsas məhsulu olub. Biz bu məhsulu digərlərində maraq oyatmaq, yerin təkində və hətta indi yerin üstündə olan enerji resurslarımızı kapitala çevirmək istəyirik. Ümumiyyətlə iqtisadiyyatın əsas lokomotivi enerji sektorudur. Biz bunu digərləri ilə bölüşürük ki, sözügedən sahədə kifayət qədər kapitala sahib olaq və ondan yararlanaq. Bizim başqa məqsədimiz yoxdur. Kapitalizmdə əsas pul qazanmaq və o puldan rasional istifadə edərək ətrafından seçilən olmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə